"Toyota" üzr istədi

10 Oktyabr 2012 17:05 (UTC+04:00)

 Movqe.az xəbər verir ki, dünyanın qabaqcıl avtomobil markalarından olan Toyota "Corolla" və "Camry" kimi modellərdəki elektrik şüşələrinin yaratdığı yanğın riski səbəbiylə dünya daxilində 7,4 milyon maşını geri çağırıb. Firma spikeri, ABŞ-da 2,47 milyon, Avropa və Çindən 2,8 milyon maşını geri çağırdıqlarını açıqlayıb.Yerdə qalan qisiminin isə Yaponiya, Kanada, Avstraliya və Orta Şərqdəki ölkələrdə olduğunu ifadə edib. Şüşələrdəki qəza səbəbiylə çağırılan modellər arasında 2005-2010-cu illər arasında çıxarılan Vitz, Yaris, Auris, Camry, RAV4 və Corolla maşınları var. Toyota, bu problem səbəbiylə ediləcək təmirə görə istehlakçılardan pul alınmayacağını bildirib.