Bred Pit Bob Marli stilində
10 Oktyabr 2012 19:00 (UTC+04:00)
Movqe.Az bildirir ki, Bu günə qədər rol
aldığı filmlərində fərqli obrazlarda görünən Amerikalı aktyor Bred
Pit tanınmış bir jurnala verdiyi son müsahibəsində ailəsi ilə bağlı
xüsusi sualları cavablayıb. Pit fərqli saçlarıyla verdiyi Yamayka
əfsanəsi Bob Marlini xatırladan pozasıyla pərəstişkarlarının
marağına çevrilib. "Interview" jurnalının son sayı üçün "Snatch"
filminin rejissoru Qay Ritçiyle birlikdə iş görən 48 yaşlı ulduz
atalıq rolunun həyatındakı ən əhəmiyyətli rol olmağa başladığını
söyləyib. Amerikalı aktrisa Ancelina Coli və 6 uşağıyla birlikdə
yaşayan Pit sözlərinə davam edərək söyləyib ki, "Ailəm hər şeydən
əvvəl gəlir. Rollarımda daha seçici davranıram. Əgər onlardan uzaq
qalacağamsa, məncə buna dəyməlidir."