Azərbaycan ABŞ-ın iştirakı ilə Fars körfəzində İrana qarşı hərbi təlimə qatılmaqdan imtina edib

11 Oktyabr 2012 15:09 (UTC+04:00)
Azərbaycan ABŞ da daxil olmaqla 30 ölkədən olan hərbçilərin iştirakı ilə ötən ayın sonlarında Fars körfəzində keçirilmiş "International Mine Countermeasures Exercise 2012" hərbi təlimlərinə qatılmaqdan imtina edib.

Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib.

Təlimdə iştirakla bağlı Azərbaycana müraciət olunsa da, rəsmi Bakı bundan imtina edib. 

Qeyd edək ki, sentyabrın 23-dən 27-dək davam etmiş təlimdə İranın körfəzdə ehtimal olunan minalama təhlükəsinin aradan qaldırılması imkanları imitasiya olunub. 

Təlimə 30 ölkədən hərbçilər iştirakçı və müşahidəçi qismində qatılıb. Təlimə Xəzəryanı ölkələrdən Qazaxıstanın hərbçilərinin müşahidəçi qismində qatıldığı bildirilir.