Azərbaycan ərazisində hava soyuyacaq, yağış yağacaq, güclü külək əsəcək
11 Oktyabr 2012 16:03 (UTC+04:00)
Bakı və Abşeron
yarımadasında oktyabrın 12-də hava şəraitinin dəyişkən buludlu
olacağı, arabir tutulacağı, əsasən axşam və gecə saatlarında yağış
yağacağı, yarımadanın bəzi yerlərində şimşək çaxacağı
gözlənilir.
Arabir güclənən cənub-qərb küləyi günün ikinci yarısında şimal-qərb
küləyi ilə əvəz olunacaq, axşama doğru güclənəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya
Departamentindən APA-ya
verilən məlumata görə, havanın temperaturu gecə 15-20, gündüz
22-27, axşam 20 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında oktyabrın 12-də bəzi yerlərdə şimşək
çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir
güclənəcək.
Havanın temperaturu gecə 14-19, gündüz 25-30, dağlarda gecə 6-11,
gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza əsasən, oktyabrın 12-də sutka ərzində
atmosfer təzyiqinin təzadlı dəyişməsi nəticəsində gilavar küləyinin
xəzri küləyi ilə əvəz olunması, güclü küləyin 13-ü axşamadək davam
etməsi meteohəssas insanlar üçün nisbətən əlverişsiz olsa da, 14-də
biometeoroloji amillərin iqlim norması daxilində olacağı gözlənilir
ki, bu da meteohəssas insanlar əsasən
əlverişlidir.