İsraildə qadınlar əsgərlikdən qaçır

23 Noyabr 2011 20:47 (UTC+04:00)

"Mövqe.az" xəbər verir ki, İsraildə məcburi əsgərlik vəzifəsindən dini səbəblərlə qaçan qadınların və dindar gənclərin vəziyyəti gündəmdədir. Baş qərargah tərəfindən qadınların və dindar gənclərin ordudakı vəziyyətini araşdırmaqla vəzifələndirilən General Ornan Barbivai, əsgərlik vəzifəsini yerinə yetirən qadınların sayındakı azalmadan narahatçılığını açıqlayıb.

"Haaretz" qəzetinin xəbərinə görə, Barbivai hərbi xidmətə gəlməsi lazım olan qadınların 40,6 faizinin bu vəzifədən qaçdığını və bunların 35 faizinin dini səbəblər göstərdiyini açıqlayıb. Barbivai dini səbəblərlə əsgərlikdən yayınan qadınların dörddə birinin əslində dindar olmadığının təxmin edildiyini söyləyib.

Qeyd edək ki, İsrail həm kişilərin, həm də qadınların məcburi əsgərlik etdikləri yeganə ölkədir. Bu ölkədə kişilər 3 il, qadınlar isə 21 ay əsgərlik edir.