Beyin yeyən amöb terroru

11 Oktyabr 2012 16:30 (UTC+04:00)
Movqe.Az bildirir ki, Pakistanın ən böyük şəhəri olan Quruçuda son bir neçə ay ərzində ən az 10 adamın nadir görülən "beyin yeyən" amöb səbəbiylə öldüyü bildirilib. Ölkədə çaxnaşma yaradan virus parazit qaynağı hələ məlum olmayıb. Dünyasını dəyişənlərin amöbə sudan yoluxduqları güman edilir. Rəsmilər, xəstəliyə səbəb olan "naegleria fowler" adlı amöbün isti suda yaşadığını və bədəninə girdiyi insan və ya heyvanların beyin toxumasını yox etdiyini söyləyiblər.