11 Oktyabr 2012 18:37 (UTC+04:00)

Həyəcanlı bir izdiham tərəfindən hər tərəfi sarılan atlar, bir-birlərini görən kimi mübarizələrinə başlayır. Əgər atlar döyüşə başlamasalar təşkilatçılar atların döyüşə başlaması üçün fərqli üsullar istifadə edir. Atları qamçılayır və ya havaya atəş etmək kimi metodlardan istifadə edərək heyvanları hərəkətə gətirirlər.

Movqe.az xəbər verir ki, Çinin Guangxi bölgəsi Rongshui şəhərində ənənəvi olaraq hər il məhsul mövsümünün sona çatmasını qeyd etmək üçün təşkil edilən at döyüşləri bu il də böyük maraqla qarşılanıb. Hər nə qədər heyvan hüquqları müdafiəçiləri bu döyüşü zalım və vəhşi olaraq qiymətləndirsələr də xalqın at davalarına marağı davam edir.

Çinin çöl bölgələrində və Asiyanın bir çox fərqli bölgələrində həyata keçirilən at döyüşlərinin tarixi 500 il əvvələ gedib çıxır. Dünyanın bir çox ölkəsində qadağan edilməsinə baxmayaraq bəzi Asiya ölkələrində at döyüşləri hələ də ətşkil olunur. Filippin, İndoneziya və Cənubi Koreya, Çin  at döyüşlərinin davam etdiyi ölkələr sırasındadır.

At döyüşlərinin qadağan edilməsi üçün mübarizə aparan Beynəlxalq At Qoruma Fondunun sədri Vivian Farrell hadisəyə reaksiya göstərib və bu tip ənənələrin ortadan qalxmasının vacibliyini vurğulayıb.