Kredit kartı üzərində kompas

11 Oktyabr 2012 17:40 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərində bir bank üzərinə kompas inteqrasiya edilmiş "qiblə kart" adını verdiyi kredit kartı çıxardıb. Kart sahibi bu yolla dünyanın harasında olursa olsun qibləni taparaq namazını qıla biləcək. Hind proqram firması tərəfindən təkmilləşdirilən qiblə kartının içinə yerləşdirilmiş kompas sayəsində kart sahibi  Məkkə şəhərinin istiqamətini tapa biləcək. Qısa müddətdə maraq gördüyü ifadə edilən kartın üzərindəki düyməyəbasıldığında litium batareya ilə çalışan rəqəmsal kompasın işləməyə başladığı və şimal istiqamətini göstərdiyi ifadə edilib. Kartla birlikdə verilən ölkə indeksinə, dövlətin nömrəsi girilərək düyməyə yenidən basıldığında kartın üzərindəki minarə, qiblə istiqamətini göstərir.