Qohum çıxıblar

11 Oktyabr 2012 17:50 (UTC+04:00)

Movqe.az xəbər verir ki, yetkinlik çağında şöhrət qazanan məşhur Kanadalı pop ulduzu Castın Biber,  film ulduzu Ryan Qoslinq, məşhur müğənnilər Avril Lavin Selin Dion ilə qohum çıxıb.Məşhur insanların soy kökünü araşdıran, mərkəzi ABŞ-ın Utah şəhərində olan, "Ancestry.com" internet saytının mütəxəssisləri Qosling, Lavin və Bieberin ailələrinin Kanadanın Quebek bölgəsinin ilk sakinləri olduqlarını ifadə edib. Biber ilə Qoslinqin 11-ci nəsildən əmi oğlu uşaqları olduğu müəyyən olunub.