Azərbaycandan geri qalan Avropa

1 Oktyabr 2015 10:00 (UTC+04:00)

Tolerantlıq, dözümlülük baxımından Azərbaycanın özlərini demokratiya beşiyi adlandıran əksər Qərb ölkələrindən çox irəlidə olduğunu zaman getdikcə daha aydın sübut edir. Hər halda Avropanın miqrnatlara münasibəti qeyd olunanların ixahı baxımından əyani faktlar ortaya qoyur. Avropa ölkələri biri-birinin ardınca humanizm dəyərlərini pozaraq miqrnatlara qarşı daha sərt mövqe sərgiləyirlər. Nicat üçün Avropaya pənah aparanları burada daha məşəqqətli günlər gözləyir.Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının məlumata görə, cari il ərzinə Aralıq dənizi vasitəsilə Avropaya gələn mühacirlərin sayı yarım milyondan artıq olub. BMT rəsmiləri bildirib ki, sığınacaq axtaran təxminən 515 min insan müharibə və yoxsulluq səbəbi ilə Yaxın Şərq və Afrika ölkələrini tərk edib. Bu durumda Avropanın bəzi ölkələri miqrantların öz ərazilərindən keçməsi qarşısında maneə yaradır. Artıq Almaniya Nazirlər Kabineti miqrasiya qanunvericiliyinin dəyişdirilməsinə səs verib. Sənəd sığınacaq almaq qaydalarının sərtləşdirilməsini nəzərdə tutur. Qanun layihəsinə görə, ilkin məskunlaşdırma yerlərində qaçqınlara maliyyə yardımı imkan daxilində sosial yardımla əvəzlənəcək. Müəyyən qrupların pul müavinəti azaldılacaq. Sırf dolanışıq xatirinə Almaniyadan sığınacaq istəyən miqrantların ölkənin hüdudlarından kənara çıxarılması sürətləndiriləcək. Almaniyada olmaq müddəti bitən qaçqınlar xəbərdarlıqsız deportasiya ediləcək.Mühacirlərə qarşı sərt siyasət səbəbindən son həftələrdə ciddi tənqidlə üzləşən Macarıstan rəsmiləri isə bəyan edib ki, Avropa İttifaqının sərhədləri yenidən nəzarət altına alınmalıır., Macarıstanın xarici işlər naziri Peter Soyatro mühacirlə bağlı böhranın həlli üçün bütün Avropa ölkələrinin səylərinin birləşdirilməsini əhəmiyyətini vurğulayıb: "Biz çağırışla qarşı qarşıyayıq. Problemin səbəblərini həll edə bilmədiyimizə görə, nəticələri ilə üzləşmişik. Avropa birləşməlidir".Polşanın bir neçə şəhərində isə etirazlar baş qaldırıb. Etirazların səbəbi isə Avropaya axın edən miqrantlar olub. Miqrant axınına qarşı aksiyalara Polşanın paytaxtı Varşavada 1000-ə yaxın etirazçı toplaşıb. Varşavanın mərkəzi meydanına toplaşan aksiya iştirakçıları miqrantların ölkədə yerləşdirilməsi planlarına etiraz edib. Etirazçılar "Polşa polşalılarındır!", "Miqrantlara yox!" kimi şüarlar səsləndiriblər. Bundan əlavə, Katovitse şəhərində 3 mindən çox adam miqrantlar əleyhinə etiraz aksiyasına toplaşıb. Son aylarda Avropa ölkələrinə axın edən miqrantların qəbul edilməsi ilə bağlı Avropa İttifaqı120 min nəfərlik kvota elan edib. Polşa hökuməti 2016-2017-ci illərdə 7 min miqrant qəbul edəcəyini bəyan edib. Bir çox digər Avropa ölkələri miqrnatlarıqəbul etmək niyyətində olmadıqlarını açıqlayıblar. Bütün bunlar sərtləşən qaydalar Avropanın humanizm ideyalarına necə yanaşdığını bir daha əyani şəkildə meydana qoyur.

Bu fonda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sonsessiyasında Avropa Şurasının baş katibi Torbyorn Yaqlanda Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynovun ünvanladığı sual xüsusi maraq doğurur: "Bu gün dünya, Avropa son dərəcə narahat, kədərli günlər yaşayır. Miqrant axınları Avropanı şok vəziyyətinə gətirib, bir sıra dövlətlər sərhədlərini bağlayaraq sel kimi gələn və özü ilə çoxlu problemlər gətirən insanları ölkələrinin ərazisinə buraxmaq istəmir. Mənim iki hissədən ibarət sualım bu ağrılı problemlə bağlıdır. Birincisi, indi gördünüz və inandınızmı Avropanı diz çökdürən, miskin vəziyyətdə qoyan bu problemlə son 25 ildə qarşı-qarşıya qalan, müxtəlif millətlərdən və ölkələrdən 1 milyon insanı qəbul edib yerləşdirən, tədricən onları normal həyat şəraiti ilə təmin edən Azərbaycan nə qədər əziyyətlər çəkib və nə qədər güclü imiş?! İkincisi, Cənubi Qafqazın müxtəlif guşələrindən, İrandan, Orta Asiyadan, hətta müharibə vəziyyətində olduğu işğalçı Ermənistandan gələn erməniləri belə milliyyətinə, dininə fərq qoymadan eyni qayğıkeşliklə qəbul edən Azərbaycanı bu gün Avropaya üz tutan müsəlman miqrantlara irqçi, faşist düşüncəsi ilə, qəddarcasına yanaşanlarla müqayisə edəndə tolerantlıq fərqimizi hiss etdinizmi?!"Bu kəskin qoyulmuş suallar qarşısında çətin vəziyyətdə qalan Avropa Şurasının baş katibi doğrudan da Azərbaycanın illərdən bəri nə qədər müşkül problem yaşamasını, onun öhdəsindən uğurla gəlməsini etiraf edib və təəssüflə bildirib ki, Avropa Azərbaycandan, indi böyük qaçqın kütlələrini qəbul edən Türkiyədən fərqli olaraq bu problem qarşısında aciz vəziyyətdə qalıb.