Papanın ərəbcə duası xristianları şoka saldı

11 Oktyabr 2012 18:00 (UTC+04:00)
Movqe.Az bildirir ki, XVI Papa Benedikt Yaxın Şərqdəki xristianlar üçün ilk dəfə ərəbcə dua edib. Katoliklərin dini lideri Papa ilk dəfə ərəbcə dua edib. Papa, həftəlik duasına ərəbcəni də əlavə edərkən Yaxın Şərqdəki xristianlar üçün də dəstəyinin olduğunu söyləyib. Papanın ərəbcə duası onun 7-ci fərqli dildə etdiyi dua olub. Vatikanın verdiyi açıqlamaya görə, Papanın bu gün ilk dəfə ərəbcə oxuduğu duasında "Bütün ərəbcə danışan insanlar üçün Papa dua edir. Tanrı hamınızı qorusun" dediyi bildirilib. Papanın ərəbcə duası, xristian aləmində təəccüblə qarşılanıb.