Azərbaycanda 2-3 ulduzlu brend hotellər tikiləcək

1 Oktyabr 2015 00:00 (UTC+04:00)

Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, Azərbaycanda 2-3 ulduzlu brend hotellərin tikilməsi məqsədilə özündə "Novotel", "İbis" və digər bu kimi oteləri birləşdirən "Accor" mehmanxanalar şəbəkəsinin İnkişaf departamentinin baş direktoru Gauran Bhushanla Azərbaycanın rəsmi nümayəndə heyəti arasında görüş keçirilib. Görüş Fransanın Paris şəhərində keçirilən "Top Resa 2015" beynəlxalq turizm sərgisi çərçivəsində olub. Cari ilin sonunda Bakıda yerli sahibkarlar üçün geniş təqdimatın keçirilməsi haqqında razılıq əldə olunub.


Bununla yanaşı, Fransanın tanınmış "Alesta voyage" şirkəti ilə Azərbaycanın "Silk Way" şirkəti arasında ölkəmizə turistlərin cəlb edilməsi ilə bağlı Anlaşma memorandumu imzalanıb.