Əfqan gücləri Kunduzu geri aldı

1 Oktyabr 2015 11:13 (UTC+04:00)

Əfqanıstan Daxili İşlər Nazirliyinin "Twitter"-da paylaşdığı məlumatda, Taliban tərəfindən ələ keçirilən Kunduz şəhərinin xüsusi qüvvələr tərəfindən geri alındığı bildirib. Movqe.az-ın verdiyi məlumata görə, Əfqanıstan Daxili İşlər Nazirliyi sözçüsü Sədik Sədikinin açıqlamasında, "Kunduz geri alındı və terrorçulardan təmizləndi, düşmənə ağır itki vuruldu" ifadələrinə yer verib.