Ledi Qaqa "İlin qadını" seçildi

1 Oktyabr 2015 12:55 (UTC+04:00)

Dünya şöhrətli amerikalı müğənni Ledi Qaqa "İlin qadını" seçilib.

Movqe.az xarici mətbuata istinadən məlumat verir ki, "Billboard" jurnalının apardığı səsvermə zamanı "İlin qadını -2015" nominasiyasının qalibi Ledi Qaqa olub.

Mükafatlandırma mərasiminin birbaşa yayımını həyata keçirəcək "Lifetime" kanalının vitse-prezidenti Liz Qeytli müğənninin qələbəsini "O, qeyri-adi ifaçı, güc, cəsarət simvoludur" sözləri ilə şərh edib.

Mərasim təntənəli surətdə dekabrın 11-də Nyu-Yorkda başa tutacaq.