Gimnastlarımız vətənə medalla qayıdıblar

1 Oktyabr 2015 12:35 (UTC+04:00)

Akrobatika gimnastikası üzrə 8-ci Avropa çempionatında idmançılarımız uğurla çıxış ediblər.Movqe.a Goal.az-a isitnadən məlumat verir ki, Almaniyanın Riezaşəhərində keçirilmiş yarışmaya 27 ölkədən 200-dən artıq idmançı qatılıb. Yarışda ölkəmizi Gimnastika Məktəbinin yetirmələri, milli yığma komandanın üzvləri Ağasif Rəhimov, Seymur Cəfərov, Murad Əkbərov və Nurcan Cabbarlı təmsil ediblər. 12-18 yaş qrupu üzrə gərgin keçən mübarizədə kişi cütlüyündə Seymur Cəfərov və Murad Əkbərov ikinci yerə yüksələrək gümüş medala, qarışıq cütlükdə Ağasif Rəhimov və Nurcan Cabbarlı üçüncü nəticə göstərərək bürünc medala layiq görülüblər.