Nazirlik şadlıq evləri və restoranlarda yoxlamalar aparacaq

1 Oktyabr 2015 12:40 (UTC+04:00)

 Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) gələn il şadlıq evləri və restoranlarda yoxlamalara başlayacaq.

"APA-Economics" məlumat verir ki, bunu DƏMX-in rəisi Fuad Əlizadə bildirib.

"Gələn ilin birinci rübündə "Təhlükəsizlik iş aylığı" çərçivəsində şadlıq evləri və restoranlarda yoxlamalara başlayacağıq. Azərbaycanda xeyli sayda şadlıq evləri və onlardan iki dəfə çox restoranlar fəaliyyət göstərir. Burada işləyən işçilərin əmək qeydiyyatına alınması, icbari sığortası və sair məsələlər yoxlanılacaq", - deyə F. Əlizadə bildirib.