Kərkükdə 10 kənd İŞİD-dən alınıb

1 Oktyabr 2015 12:50 (UTC+04:00)

Şimali İraqda regional kürd rəhbərliyinə bağlı peşmərgə güclərinin İŞİD-ə qarşı mübarizəsi davam edir. Movqe.az-ın məlumatına görə, peşmərgənin Kərkükün cənub-qərbindəki 10 kəndi İŞİD-dən aldığı bildirilib.

Qarşıdurmalarda peşmərgə güclərindən və İŞİD-dən ölü və yaralı olduğu bildirilib. Kərkük, İŞİD-in böyük bir zərbə aldığını iddia edib. Qeyd edək ki, Kərkükün cənubundakı Havicə mahalı da İŞİD-in əlindədir.