"Qadın olsaydım, Corc Kluni ilə sevgili olardım"

1 Oktyabr 2015 13:40 (UTC+04:00)

Aktyor Hyu Cekman maraqlı açıqlama ilə çıxış edib.

Movqe.az xarici mətbuata istinadən məlumat verir ki, aktyor müsahibələrinin birində qadın olsaydı, özünə sevgili kimi Hollivud ulduzu Corc Klunini seçəcəyini deyib. O, həmkarını "kobud" və "sözə baxmayan" adlandıraraq bu cür xasiyyəti ilə belə cazibədar olduğunu söyləyib:


"Mən qadın olsaydım, kiminlə görüşərdim? Düşünürəm ki, Corc Kluni ilə. Onun çox gözəl yumor hissi var. Özü də, bir qədər yaramaz və sırtıqdır. Bağışla, Amal".


Qeyd edək ki, Corc Kluni vəkil Amal Kluni ilə evlidir.