İsrail Fələstini birbaşa danışıqlara çağırıb

1 Oktyabr 2015 13:15 (UTC+04:00)

İsrail Fələstini ilkin şərtsiz birbaşa danışıqlara çağırıb.Movqe.az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İsrail baş nazirinin dəftərxanası açıqlama yayıb.

"Biz Fələstin muxtariyyəti və onun lideri Mahmud Abbası məsuliyyəti dərk edərək İsrail baş nazirinin təklifini qəbul edib rəsmi Tel Əviv ilə ilkin şərtsiz birbaşa danışıqlara başlamağa çağırırıq", sənəddə bildirilir.

Açıqlamada həmçinin qeyd olunur ki, muxtariyyət başçısının dəfələrlə adıçəkilən təklifi rədd etməsi onun sülh nizamlanmasına hazır olmadığını sübut edir.

Qeyd edək ki, Mahmud Abbas BMT Baş Assambleyasında İsraili öz planlarını həyata keçirmək naminə zorakılığa son qoymağa çağırıb.