Komadamızın üzvü karyerasına son qoydu

1 Oktyabr 2015 14:15 (UTC+04:00)

Azərbaycan millisinin kapitanı Oksana Kurt (Parxomenko) karyerasını bitirib.Movqe.az Goal.az-a isitnadən məlumat verir ki, Belçika və Hollandiyada keçirilən Avropa çempionatı 31 yaşlı voleybolçu üçün son yarış olub.Qeyd edək ki, 1998-ci ildən milliyə dəvət alan Oksana əsas komandada 200-ə yaxın matçda forma geyinib. O, "Neftyağ" (1999-2000), "Yeşilyurt" (2000-2001, Türkiyə), "Azərreyl" (2001-2007, 2007-2008, 2011-2015 (son 2 mövsümdə komanda "Azəryol" adlanıb)), "Volero" (2007, İsveçrə), "Fənərbaxça" (2008-2009, Türkiyə) və "Dinamo" (2009-2011, Rusiya, Moskva) klublarının şərəfini qoruyub. 3 dəfə Azərbaycan çempionu (2003, 2004, 2005) olan Kurt İsveçrə (2007) və Türkiyə (2009) çempionatlarının qalib adını qazanıb, Rusiya Kubokunu (2009) başı üzərinə qaldırıb. Parxomenko həmçinin "Azərreyl"lə Top-komandalar kubokunun (2002) da qızıl medalına sahib çıxıb.