Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycana gəlir

1 Oktyabr 2015 15:10 (UTC+04:00)

Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ölkəmizə rəsmi səfərə gələcək. Movqe.az Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, oktyabrın 5-də Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gələcək. Səfər çərçivəsində H.Akarın Müdafiə Nazirliyində görüşləri planlaşdırılır. Səfər oktyabrın 7-dək davam edəcək.