Neft və qazdan 118 milyard dollara yaxın gəlir

1 Oktyabr 2015 15:40 (UTC+04:00)

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Azəri-Çıraq-Günəşli (AÇQ) yataqlar bloku və "Şahdəniz" qaz kondensat yatağından bu il əldə edilən gəlirlərini açıqlayıb.ARDNF-in yaydığı məlumata görə, bu ilin yanvar-sentyabr aylarında AÇQ yataqları üzrə fond 5 milyard 225 milyon ABŞ dolları, "Şahdəniz" yatağı üzrə isə 274 milyon ABŞ dolları həcmində gəlir əldə edib. 

Ümumiyyətlə, 2001-ci ildən etibarən AÇQ yataqlar bloku üzrə 115 milyard 376 milyon ABŞ dolları, "Şahdəniz" yatağı üzrə isə 2 milyard 394 milyard ABŞ dolları həcmində gəlir əldə olunub.