Merkel və Zukerberq nədən danışıb?

1 Oktyabr 2015 16:02 (UTC+04:00)

Almaniyanın kansleri Angel Merkel Facebook sosial şəbəkəsinin sahibi Mark Zukerberqlə söhbəti zamanı ona bəzi iradlarını bildirib. Onların görüşü BMT-nin 70 illiylə əlaqədar keçirilən toplantılarına birində baş tutub. Görüş zamanı Facebookun rəhbəri Merkelə deyib ki, sahibi olduğu sosial şəbəkədə nifrət dolu deviz, şüar, çağırış, yaxud mühacirlərə qarşı irqi, dini və mənəvi ayrı-seçkilik xarakteri daşıyan çağırışlar onu da narahat edir. Bütün bunların qarşısının alınması üçün Facebook rəhbərliyi tərəfindən lazımi tədbirlər görüləcək. Kansler Angela Merkel Zukerberqə "Sən rəhbərsən, bu problemin qarşısını almaq üçün daha çox imkanlara sahibsən",- deyib. Zukerberq də öz növbəsində bildirib ki, bu yöndə mütləq iş görülməlidir. Qeyd edək ki, müzakirə zamanı Merkel və Zukerbeqə məxsus masadakı mikrofonlar söndürülüb, ona görə də görüşün tam detalları açıqlanmır.