Ağır yol qəzası: 10 ölü, 20 yaralı

1 Oktyabr 2015 19:40 (UTC+04:00)

Türkiyənin paytaxtı Ankara şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.


"TRT Haber" telekanalının verdiyi məlumata görə, avtobusun sürücüsü idarəetməni itirərək dayanacağa çırpılıb.

Qəza nəticəsində 10 nəfər ölüb, 20 nəfər yaralanıb.

Ölənlərin hamısı Türkiyə vətəndaşıdır.