Sabah yağış yağacaq - Proqnoz

1 Oktyabr 2015 22:30 (UTC+04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Movqe.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir.


Havanın temperaturu Abşeron yarımadasında gecə 17-20, gündüz 26-30, Bakıda gecə 18-20, gündüz 28-30 dərəcə isti olacaq.


Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 60-70 faiz təşkil edəcək.


Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz şimal və qərb rayonlarından başlayaraq şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək.


Havanın temperaturu gecə 15-20, gündüz 27-32, dağlarda gecə 9-14, gündüz 18-23 dərəcə isti olacaq.