Sabah iki rayonda qaz olmayacaq

1 Oktyabr 2015 20:00 (UTC+04:00)

"Qaz İxrac" İdarəsinin Abşeron və Siyəzən Magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq.


SOCAR məlumat verir ki, oktyabrın 2-də saat 10:00-dan 18:00-dək "Qaz İxrac" İdarəsinin Abşeron Magistral qaz kəmərləri sahəsinin "Ceyranbatan" və Siyəzən Magistral qaz kəmərləri sahəsinin "Qobustan" qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında carı təmir işləri aparılacaq.


Təmir müddətində Abşeron rayonunun Ceyranbatan qəsəbəsinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Qobustan rayonunun bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.