Jurnalistin qabırğalarını qıran şəxslərin adları açıqlandı

1 Oktyabr 2015 20:50 (UTC+04:00)

Türkiyədə tanınmış jurnalist, "Hürriyət" qəzetinin və CNN Türk kanalının əməkdaşı Əhməd Hakanı döyən şəxslərin kimliyi məlum olub. Türkiyə mediası xəbər verir ki, hadisədən dərhal sonra ərazidən uzaqlaşan 24 yaşlı Uğur Adıyaman, 37 yaşlı Əhməd Şəngülər, 24 yaşlı Kamuran Ergin və 32 yaşlı Fuat Almas 4 saat davam edən axtarış tədbirləri nəticəsində yaxalanıb. Məlum olub ki, bu şəxslər daha əvvəl müxtəlif səpkili cinayətlərə görə qeydiyyatda olublar.

Saxlanılan şəxslər jurnalistə qarşı planlaşdırılmış hücum etmələri iddiasını rədd ediblər və deyiblər ki, yanlışlıqla onların olduğu minik avtomobili Ə.Hakanın avtomobilinə çırpılıb və nəticədə dava baş verib.