Müdafiə Nazirliyindən mənzilsiz hərbi qulluqçulara MÜRACİƏT

1 Oktyabr 2015 21:00 (UTC+04:00)

Müdafiə Nazirliyi mənzillə təmin olunmaq istəyən, hazırda ehtiyatda və istefada olan hərbi qulluqçulara müraciət edib. Nazirliyin verdiyi məlumata görə, həmin şəslər oktyabrın 6-dək Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinə müraciət edə bilərlər.

Məlumatda bildirilir ki, "Silahlı Qüvvələrin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi barədə" fərmana uyğun olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 1992-ci ildən həqiqi hərbi xidmətə başlamış, 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş, Maliyyə Nazirliyinin müvafiq mənzil komissiyasına təqdim edilən siyahıda qeydiyyatdan keçmiş, Gəncə şəhərində daimi mənzillə təmin olunmaq istəyən, hazırda ehtiyatda və istefada olan hərbi qulluqçular 6 oktyabr 2015-ci il tarixədək Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinə (055 675-26-56) müraciət edə bilərlər.