Nuşirəvan Məhərrəmli: İstərdik ki, namizədlərin təşviqatı şouya çevrilməsin

2 Oktyabr 2015 13:53 (UTC+04:00)

"Parlament seçkiləri ciddi məsələdir. Televiziyalarda namizədlərin təşviqatını şoulara çevirirlər, çox istərdik ki, bu şoular olmasın".


Movqe.az-ın məlumatına görə, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli "Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər: seçkiqabağı təşviqat prosesində KİV-lərin rolu və vəzifələri" mövzusunda keçirilən seminar-müşavirədə çıxışında deyib.


N.Məhərrəmli seçki prosesində mətbuatın rolunun vacibliyini vurğulayıb.


MTRŞ sədri qeyd edib ki, mətbuat bu prosesdə mühüm rol oynayır və öz işini layiqindcə yerinə yetirməlidir.


N.Məhərrəmli sonra vurğulayıb ki, namizədlərin təşviqatı ilə bağlı indiyə qədər televiziya kanalları barədə hər hansı şikayət MTRŞ-yə daxil olmayıb.