Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub

12 Oktyabr 2012 14:26 (UTC+04:00)
Oktyabrın 12-də Bakıda Azərbaycan prezidenti İlham Əliyev və Özbəkistan prezidenti İslam Kərimovun təkbətək görüşü olub.

APA-nın məlumatına görə, görüşdə Azərbaycanla Özbəkistan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub. 

İ. Kərimovun Azərbaycana rəsmi səfərinin əlaqələrin daha da genişlənməsi baxımından əhəmiyyəti qeyd edilib, iki ölkə arasında münasibətlərin bundan sonra da möhkəmlənəcəyinə əminlik bildirilib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə də fikir mübadiləsi aparılıb.