Nazir: Gələn il Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi başa çatacaq

2 Oktyabr 2015 15:56 (UTC+04:00)

Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi layihəsi Azərbaycan və Türkiyə üçün çox vacibdir.


Movqe.az-ın məlumatına görə, bunu jurnalistlərə Türkiyənin ticarət və gömrük naziri Cenap Aşçı deyib.


Onun sözlərinə görə, layihənin reallaşdırılması bir qədər gecikir: "Hazırda tunellərin tikintisi aparılır. Düşündüyümüzdən də daha bərk süxurlarla üzləşmişik. Ümid edirəm ki, gələn il layihə başa çatacaq".