"Qartal ata" yenə hərəkətdədir

12 Oktyabr 2012 15:36 (UTC+04:00)
Movqe.Az bildirir ki, Çində dörd yaşındakı oğlunu qarın üzərində alt paltarlarıyla qaçdırdığı videosunu internetdə paylaşan zaman nəzərləri üzərinə çəkən He Lieşenq yenə qeyri-adi nəsə etmək üçün çalışırdı. "Qartal ata" ləqəbli bu adam, bu dəfə də oğlunu Fuji dağına çıxartmağa çalışıb. Özü ilə yalnız bir şüşə su və şokolad götürən ata və oğlu çarəsiz qalan zaman ölümdən dönüblər.