Əfsanəvi qrup Bakıya gəlir

2 Oktyabr 2015 17:25 (UTC+04:00)

Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Mədəniyyət Fondu tərəfindən oktyabrın 25-dən noyabrın 3-nə kimi Bakı Beynəlxalq Caz Festivalı keçiriləcəkdir.

Movqe.az-ın məlumatına görə, festival çərçivəsində oktyabrın 27-də Heydər Əliyev Saraynda bu il 25 yaşını qeyd edən əfsanəvi "Fourplay" kvartetinin konserti keçiriləcək.

"Fourplay" kvartetinin ilk albomu (1991) bir milyon tirajla satılmışdı. Kvartetin növbəti albomları dəfələrlə "Grammy" mükafatını almaq üçün irəli sürülmüş və qızıl disk adı qazanmışdır.

Saat 20:00 –da başlayacaq konsertin biletləri 20-120 manat arasında satışa çıxarılıb. Biletləri şəhərin kassalarından əldə edə bilərsiz.