Nigeriyanın şimal-şərqində terror aktı törədilib, 14 nəfər ölüb, 39 nəfər yaralanıb

2 Oktyabr 2015 21:00 (UTC+04:00)

Nigeriyanın şimal-şərqində 14 nəfərin ölməsi, 39 nəfərin yaralanması ilə nəticələnən partlayış baş verib.

Movqe.az-ın "Ria Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə ölkə Silahlı Qüvvələrinin rəsmi səhifəsində məlumat verilib.

Partlayışlar Borno ştatının inzibati mərkəzi olan Mayduquri şəhərində törədilib.

Dörd terrorçu-kamikadzenin partlayıcı qurğunu eyni vaxtda işə saldığı bildirilir.

Silahlı Qüvvələrin məlumatına görə, partlayış Boko Haram qruplaşması tərəfindən həyata keçirilib.


Qeyd edək ki, Boko Haram qruplaşması qərb modelli təhsil əleyhinə çıxır və bütün regionda şəriət qaydalarını tətbiq etməyə çalışır.


Qruplaşmanın 2009-cu ildən həyata keçirdiyi terror aktları nəticəsində 13 mindən çox insan ölüb, 1.5 milyon insan qaçqın vəziyyətinə düşüb.