Futzalçılarımızın rəqibləri bilindi

2 Oktyabr 2015 22:00 (UTC+04:00)

Bu gün futzal üzrə AVRO-2016-nın final mərhələsinin püşkatma mərasimi keçirilib. Movqe.az Goal.az-a isitinadən məlumat veiri ki,gələn il fevralın 2-dən 13-dək Serbiyada təşkil olunacaq yarışın 12 iştirakçısı 4 qrupa bölünüb.Azərbaycan millisi ardıcıl 4-cü dəfə qatılacağı final mərhələsində D qrupunda qüvvəsini sınayacaq. Komandamız İtaliya və Çexiya ilə qarşılaşmalarda mübarizə aparacaq




A qrupu: Serbiya, Portuqaliya, Sloveniya

B qrupu: İspaniya, Ukrayna, Macarıstan

C qrupu: Rusiya, Xorvatiya, Qazaxıstan

D qrupu: İtaliya, Çexiya, Azərbaycan