Qanunsuz fəaliyyət göstərən 4 aptekin fəaliyyəti dayandırılıb

2 Oktyabr 2015 17:52 (UTC+04:00)

Movqe.az-ın məlumatına görə, Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertizası Mərkəzinin Dərmanların keyfiyyətinə nəzarət inspeksiyasının rəisi Pərviz Əzizbəyov APA-ya bildirib ki, yoxlamaların 53-ü planlı, 57-i isə plandankənar olub.

 

P. Əzizbəyovun sözlərinə görə, yoxlamalar zamanı 4 aptekin qanunsuz şəkildə fəaliyyət göstərdiyi aşkarlanıb və həmin apteklərin fəaliyyəti dayandırılıb: "Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələr üzrə protokol tərtib olunub. 23 aptek barəsində də reseptlə satılan dərmanların reseptsiz satışını həyata keçirdiyinə görə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə protokol tərtib olunaraq qərar çıxarılması üçün Səhiyyə Nazirliyinə göndərilib".

 

P. Əzizbəyov qeyd edib ki, bu gün ölkədə ümumilikdə 2000-ə yaxın aptek fəaliyyət göstərir.