Müğənni kişilərə əsəbiləşdi: "Kəsin saqqalınızı, üzünüzü görək

2 Oktyabr 2015 23:00 (UTC+04:00)

Müğənni Özlem Tekin dünən #sakalınıkes heşteqi ilə türk kişilərini tənqid edib.


Movqe.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, o, saqqallı kişi fotoları paylaşaraq yazıb:


"Bütün türk kişiləri bir-birinizə oxşadınız. Kəsin bu saqqalları... Bərbad və qıcıqlandırıcı görünürsünüz. Müəllim yoxsa hacısınız? Saqqalı kəsin ki, üzünüzü görək. Atatürkün əsgərləriyik. Yaraşmaz!"