Sevda keçmiş prodüseri ilə çalışacaq

3 Oktyabr 2015 00:00 (UTC+04:00)

Müğənni Sevda Yahyayeva yenidən keçmiş prodüseri Pərviz Əsgərovla işbirliyinə başlayıb.


Movqe.az-ın məlumatına görə, uzun müddətdir şou-biznesdən uzaqlaşan P.Əsgərov eyni zamanda müğənni-bəstəkar Murad Ariflə də çalışır.


Qeyd edək ki, S.Yahyayeva 2010-2013-cü illərdə Pərvizlə birlikdə çalışıb. Onlar hazırda yeni layihə üzərində çalışdıqlarını bildiriblər. Prodüser sənətçinin bir çox konsertlərinin təşkilatçısı olub.