Bir sıra obyektlərə turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilib

2 Oktyabr 2015 19:45 (UTC+04:00)

Mədəniyyət və Turizm Nazirliyi bir sıra şirkətlərə, mehmanxana və mehmanxana tipli obyektlərə turizm fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) verib.


Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, "Hərbi Ovçuluq İttifaqı", "Falcon Travel", "Level Travel", "Onset", "Xəzər", "Rİİ Travel" MMC-yə, o cümlədən 8 adda mehmanxana və mehmanxana tipli obyektə turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya təqdim edilib.