Ərdoğan: "Biz TANAP-ın reallaşması prosesini uğurlu şəkildə irəli aparmalıyıq"

3 Oktyabr 2015 10:30 (UTC+04:00)

"İstər Azərbaycan, Gürcüstan, istər Türkiyə, Avropa İttifaqı ölkələri, istərsə də TANAP layihəsinə ortaq ölkələrin həmrəyliyi, əl-ələ verərək işləməsi bu layihənin icrasını sürətləndirəcək".

Movqe.az-ın məlumatına görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda G20 ölkələrinin enerji nazirlərinin toplantısında deyib. O bildirib ki, TANAP-ın həyata keçirilməsi işi sürətlə irəliləyir: "TANAP-da tədarükçü ölkə var. Tranzit ölkələrdən biri də bizik. Eyni zamanda istehlakçı ölkəyik. Bütün bunlar onu göstərir ki, bu məsələdə həmrəylik var. Biz bunları uğurlu şəkildə irəli aparmalıyıq".