“Google” yeni SMS standartı yaradır

3 Oktyabr 2015 11:30 (UTC+04:00)

"Google" şirkəti yeni SMS standartı üzərində işləyən "Jibe Mobile" startapını satın alıb. Razılaşmanın təfərrüatları açıqlanmayıb. Şirkətin bu addımı onun "Rich Communications Services" ("RCS") texnologiyasını populyarlaşdırmaq üzrə strategiyasının bir hissəsidir.


"RCS" - operatorun şəbəkəsi daxilində ötürülən mesajların mübadiləsi üzrə yeni standartdır. Bu texnologiyanın özəlliyi ondan ibarətdir ki, adi messencerin xüsusiyyətlərini (qrup çatları, yüksək təsvir ölçüsünə malik şəkillərin göndərilməsi, videoçat) özündə birləşdirib.


Qeyd edək ki, 2006-cı ildə təsis edilmiş "Jibe Mobile" "bulud" texnologiyaları ilə işləyən kommunikasiya şirkətidir. Şirkət telekommunikasiya sahəsində fəaliyyət göstərən operator, telefon istehsalçıları və başqa şirkətlərlə əməkdaşlıq edir.