Millidə yeni kapitan

3 Oktyabr 2015 15:00 (UTC+04:00)

Niderland və Belçikada keçirilən Avropa çempionatının final mərhələsində komandamızın zəif çıxışından sonra kapitan Oksana Qurd (Parxomenko) karyerasını bitirməyə üstünlük vermişdi.Movqe.az Goal.az-a istinadən  məlumat  verir ki, millidə onun yerini tutacaq voleybolçunun adına aydınlıq gəlib. Məşqçilər heyətinin qərarına əsasən, hücumçu Odina Bayromova millinin yeni kapitanı olub.