Əhmədinejad yenə iddialı danışdı

15 Aprel 2012 18:43 (UTC+04:00)

İrana qarşı təzyiqlərə baxmayaraq, xalqımız öz hüquqlarından bir addım belə geri çəkilməyəcək. Belə bir bəyanatla "altılıq"la nüvə proqramı üzrə danışıqlar öncəsi İran Prezidenti Mahmud Əhmədinejad çıxış edib. O bildirib ki, sözdə "ədalət carçısı" olan Qərbin "demokratiya tərəfdarları" əslində insan hüquqlarını pozmaqla məşğuldurlar. "Ədalət, inkişaf insan ləyaqəti prinsiplərini əsas götürən İran, qərb qüvvələri tərəfindən sıxışdırılan xalqların islam dininin müdafiəsində dayanır. Mövqeyinizi dəyişməsəniz, bilin ki, biz öz hüquqlarımızdan geri addım atmayacağıq. Siz dinə əsaslanan mənəvi prinsiplərə qayıtmalısınız. Bu həm sizə, həm sizin gələcək nəsillərinizə böyük xeyir gətirəcək. Yalnız ilahi ehkamlara sadiq qalmaqla xoşbəxtlik, sakitçilik, təhlükəsizlik əmin-amanlığa nail olmaq olar", - Mahmud Əhmədinejad deyib.