6 min həkimin yanında infarkt keçirdi

12 Oktyabr 2012 16:14 (UTC+04:00)

İnfarkt keçirmək üçün ən uyğun yer haradır? Bu sual bir çox adamı narahat edə bilər. Lakin infarkt qaçılmazsa, 6 min həkimin qatıldığı sağlamlıq konqresində halının pisləşməsi başına gələ biləcək ən yaxşı hadisə olar.

Movqe.az xəbər verir ki, ABŞ-da keçirilən "Amerika Universiteti Təcili Həkimlər Konqresi" zamanı ziyarətçilərdən biri infarkt keçirib.

"Şanslı" xəstəyə konqresdə olan 6 min həkim arasında müdaxilə edilib.

ABŞ-ın Denver şəhərində keçirilən konqresdə halı pisləşən şəxsiyyəti açıqlanmayan adam 3 həkimin təcili müdaxiləsi ilə həyata qaytarılıb.

Həkimlərdən biri çantasında olan tibbi ləvazimatlarla xəstəyə lazımlı köməyi göstərib.

Ətrafdakı xəstəxanaya aparılan xəstənin sağlamlıq vəziyyətinin yaxşı olduğu bildirilib.