Ölkədə bir gündə baş vermiş yol-nəqliyyat hadisələrinin sayı açıqlanıb

3 Oktyabr 2015 19:00 (UTC+04:00)

Movqe.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 2-də respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 3 nəfər ölüb, 8 nəfər yaralanıb.

Hər bir faktla bağlı araşdırma aparılır.