Samsungun "mini"si

12 Oktyabr 2012 16:38 (UTC+04:00)
Movqe.Az bildirir ki, Koreyalı texnologiya nəhəngi Samsung, sevilən modeli Galaxy S3-ün "mini" modelini nümayiş etdirib. Samsungun rəqibi Apple-ın iPhone5-i ilə eyni ölçüdə, 4 düymlük ekrana sahib olan Galaxy S3 Mini də Android 4.1 Jelly Bean əməliyyat sisteminə malikdir. Koreyalı istehsalçı ekran ölçüsündən qənaət edərkən bəzi xüsusiyyətlərdən də imtina edib. Orjinal S3 1280x720 piksel, S3 Mini isə 800x480 piksel ekrana malikdir. Bundan əlavə, S3 8 megapiksellik kameraya, S3 Mini 5 megapiksellik kamerasıyla bir az geridə qalır.