Obama: “Bəşər Əsədin rejimi süqut edəcək”

4 Oktyabr 2015 12:30 (UTC+04:00)

Movqe.az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Ağ Evdə keçirilən mətbuat konfransında ABŞ prezidenti Barak Obama bəyan edib.

 

Onun sözlərinə görə, Suriya hökuməti yalnız Rusiya və İranın dəstəyi sayəsində iflasa uğramır. Bununla belə, ABŞ prezidenti Suriyada münaqişənin nizamlanması üçün rəsmi Moskva və Tehranla işləməyə hazır olduğunu bildirib.

 

B.Obama həmçinin vurğulayıb ki, ABŞ Suriya müxalifətinə dəstək verməyə davam edəcək.