ABŞ Dövlət Departamentinin nümayəndə heyəti Bakıya gəlir

3 Oktyabr 2015 16:51 (UTC+04:00)

ABŞ Dövlət Departamentinin dini məsələlər üzrə nümayəndə heyəti gələn həftə Bakıya səfər edəcək. Bunu ABŞ-ın Azərbaycandakı səfirliyindən deyiblər.

Səfərin təfərrüatları barədə məlumat verilmir.

Nümayəndə heyəti ABŞ-ın Beynəlxalq dini azadlıq üzrə komissiyasının illik hesabatı ilə işləyir.