Almaz planet tapılıb

12 Oktyabr 2012 17:16 (UTC+04:00)
Movqe.Az bildirir ki, Kəşf edilən zaman adına "Super Dünya" deyilən "55 Cancri e" adlı planetin almazdan ola biləcəyi bildirilib. Çılpaq gözlə görülə bilən bir ulduzun orbitində olan "55 Cancri e" böyük nisbətdə almazdan ibarət olan bir planet ola bilər. Yale Universitetindən araşdırma aparan Nikku Madhusudhanın Astrofizik qəzetində nəşr etdiyi məqaləsində, öz işığını yayan ilk planet olan bu planetin səthinin böyük ehtimalla su və qrafit yerinə karbon və almazla örtülü olduğunu yazıb.