İranın Ali Rəhbəri 630 məhkumu əfv edib

4 Oktyabr 2015 22:00 (UTC+04:00)

Bu barədə Ali Rəhbərin dəftərxanasından məlumat verilib. Məlumatda bildirilir ki, ümumi məhkəmələr, inqilab məhkəmələri və hərbi tribunal tərəfindən məhkum edilmiş 630 nəfərin Qurban və Qədir-Xum bayramları münasibətilə əfv edilməsi haqqında Ali Rəhbərə müraciət daxil olub.


İranın məhkəmə hakimiyyətinin amnistiya və əfv komissiyası tərəfindən aparılan araşdırma nəticəsində 630 məhkumun bağışlanması və cəzasının yüngülləşdirilməsi barədə təklif hazırlanaraq Ali Rəhbərə təqdim edilib.


Humanizm və insanpərvərlik prinsiplərini əsas götürən Ali Rəhbər Ayətullah Əli Xamneyi məhkumları əfv edib.